Şuşada “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının TƏQDİMATI – FOTO 

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə “Azərxalça”nın yaradıcı komandasıdır.

2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində “Azərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub.

Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.

İlk hissədə xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər yer alıb. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili qarşıdurmalarla mübarizədə məhz xalqla birlikdə olmasını, xalqın inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev–xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə Ümummilli Liderin ad və soyadının baş hərflərini əks etdirir.


Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ulu Öndərin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.

Ümummilli Liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” mövzusu da xalça üzərində həkk olunub.

Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin məhz bu sahədə olan fəaliyyəti əksini tapıb.


Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır.

Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir.
Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

End of content

No more pages to load

RADİO