Argentina mediası Nizami Gəncəvi haqda məqalə yazdı - FOTO

Argentinanın geniş oxucu kütləsinə malik “Clarin” qəzetində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunmuş məqalə dərc edilib.

Bizim.Media xəbər verir ki, müəllifi Argentina Respublikası İslam Mərkəzinin mədəni məsələlər üzrə katibi, professor Rikardo Elia olan, “Əqidəsinə görə sarayın dəbdəbəsindən imtina edən şair” başlıqlı məqalədə Nizami Gəncəvinin humanist və sosial islahatçı xarakterli dahi Azərbaycan şairi olduğu bildirilir və onun həyat və yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə”si haqqında məlumat verilir.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “Art Fest Nizami” festivalına start verildi - FOTO/VİDEO


Müəllif 1924-cü ildə Nizaminin “Yeddi gözəl” poemasını ilk dəfə ingilis dilinə tərcümə edən ingilis mütəxəssisi Çarles Vilsonun istinad edərək, Nizaminin sözügedən əsərində poetik mənada işlətdiyi dərin məcazların izahının ustalıq tələb etdiyini bildirir.

R.Elia Nizami Gəncəvinin əsərlərinin onun yaşadığı dövrə qədər farsdilli ədəbiyyatın bütün nailiyyətlərini, Firdovsinin qəhrəmanlığı, Ömər Xəyyam fatalizmi və Sənai lirikasını özündə əks etdirdiyini, şairin bu zəngin və geniş ənənəni ensiklopedik bilik və dahiyanə şairlik istedadı ilə daha da genişləndirdiyini və onun düşüncələrinin yüksəkliyi və gözəlliyinin hələ də müqayisəsi olmadığını qeyd edir və Azərbaycan şairi haqqında Hafiz Şirazinin sözlərini əlavə edir:

“Nizaminin sözlərindəki gözəllik müqayisəedilməzdir”.

 

Nizaminin saray deyil, xalq şairi olduğunu qeyd edən R.Elia Nizaminin xüsusilə qadınlara qarşı münasibət və yanaşmasının öz əsrinin adətlərinin tamamilə əksi olduğunu, onun əsərlərində qadınların güclü, zərif və kamil xarakterlərinin xüsusilə qabardıldığını, bu ənənənin hazırda da Azərbaycan Respublikasında davam etdirildiyini vurğulayır.


Məqalədə həmçinin Nizami fəlsəfəsinin rasional və liberal olduğunu, onun dünyaya, təbiətə, tarix, riyaziyyat, astronomiya, tibb elmi və Yunanıstan və Hindistan filosoflarının işlərinə olan marağın şairdə universialist və praqmatik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynadığı bildirilir və 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğu qeyd edilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

End of content

No more pages to load

RADİO