Şuşada Musiqi Festivalının konsert proqramı olub - FOTO 

İyunun 23-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.  

Bizim.Media xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib.  

Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub. 

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər. 

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər. 

Daha sonra Bülbülün ev muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda tanınmış ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum  İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli  “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam  və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər. 

Festival  iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar.

Qonaqlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. 

İyunun 18-dən başlayan 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 25-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə başa çatacaq. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

End of content

No more pages to load

RADİO