Dədə Qorqud yadigarı TAMBUR – Balakəndə min illərdir yaşadılan SƏNƏT – FOTO 

Bu yurdun təbiəti kimi insanları da mənəvi cəhətdən rəngarəng və zəngindir. Bu yurdun insanları adət-ənənlərə sadiq, tarixi-mədəniyyətinə bağlıdır. Söhbət Şimal-Qərb qapımız Balakəndən gedir. Müxtəlif xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Balakənə hər yolu düşən bu birliyi, vəhdəti elə ilk andan hiss edə, görə bilər. 

Bizim.Media xəbər verir ki, bu birliyin, vəhdətin bir misalı da Dədə Qorqud yadigarı tamburun yaşadılması və inkişaf etdirilməsidir. 

Balakən sakini Nizami Dabaxov son 30 ildə tamburu yaşadan, inkişaf etdirən bir el ozanı, el aşığı, el anasıdır.   

Tarixdən gələn səs

Folklor xalqların şifahi və yazılı ədəbiyyatını, adət-ənənələrini, ululardan miras qalan və qorunub saxlanılan inanclarını, mətbəxini, musiqisini, xalq oyunlarını özündə birləşdirən, yaşadan və inkişaf etdirən bir mədəniyyət qoludur. 

Bu mənada Balakən rayonunun kənd və qəsəbələrində folklor qrupları, el ozanları bu sahəni yaşadır və inkişaf etdirir. Rayonda 30 ildən çoxdur ki, tamburu sinəsinə sıxıb söz qoşan, el-obanı, qəhrəmanlarımızı vəsf edən Nizamı Dabaxov isə ona nəinki sahib çıxıb hətta yeniyetmə və gənclərdə bu milli alətə sevgi yaradıb.  

Qızların tambura marağı sevindirici və qürurvericidir.

İllərdir rayonda tambur ifaçısı kimi tanınan, respublika müsabiqələrinin iştirakçısı Nizami Dabaxov deyir ki, mədəniyyətimiz nə qədər inkişaf etsə belə, tambura sevgi qalır. Hətta gənclər xüsusən son dövrlər qızlar deyişmələrə can atır, öyrənir. Nizami Dabaxov yeniyetmələrdən ibarət yeni folklor qrup təşkil etdiyini və onlarla mütəmadi görüşərək məşq etdiklərini bildirir. Folklor qrupun üzvləri tamburda ifa edib, söz qoşmaqla yanaşı həm də milli rəqslərə yeni düzən verirlər.  

Folklorun bu qolu araşdırılmalıdır

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva uzun illərdir ki, bu yurdun folklorunu öyrənib-araşdırmaqla məşğuldur. O, Nizami Dabaxovla Balakəni qarşı-qarış gəzib həm bu el sənətkarının bəstə və ifalarını araşdırıb, həm də yaradıcı gəncləri Nizami məktəbinə cəlb edib. Mədəniyyətimizin təbliği və inkişaf yolunda yorulmadan çalışan bu kollektivin üzvləri tez-tez bir araya gəlib, həm yeni qrupun formalaşması istiqamətində məşqlər edir, həm də yeni bayatılar üzərində kompozisiyalar qurur. 

Məqsəd Dədə Qorqud yadigarı olan tamburu balakənli Nizami Dabaxovun simasında bölgə və respublika miqyaslı festival və sərgilərdə tanıtmaq, sevdirməkdir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

End of content

No more pages to load

RADİO