Heydər Əliyevin yubileyinə həsr olunan “100” tökmə əl sərgisinin AÇILIŞI OLDU - FOTO 

“Heydər Əliyev ili” çərçivəsində və Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan "Nine Senses" yaradıcılıq və özünü inkişaf üçün incəsənət mərkəzində rəssam Kənan Əliyev və heykəltəraş Namik Hüseynovun “100” adlı "Əldən-ələ, dahidən dahiyə!" sərgisinin media nümayəndələri üçün qapalı təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycanın dahi və müasirlərinin əllərindən ibarət 100 "tökmə əl" nümayiş olunub. 

Bu, həmin o əllərdir ki, daim ölkənin rifahı üçün çalışıb və ölkə rəhbəri ilə "görüşüb danışıb"lar. 

Bunlar Ulu öndərin 100 illik fəaliyyət dövrü ilə bir zəncirlə bağlı olan və Heydər Əliyev dövründə yaşayıb-yaratmış 100 insanın əli və 100 insanın heyrətamiz tərcüməyi-halıdır. 

Bütün bunlar heykəltəraş Kənan Əliyevi və rəssam Namik Hüseynovu üç il ərzində çalışaraq belə bir irimiqyaslı layihə yaratmağa ruhlandırıb. 



“100” sərgisində xalq rəssamı Ömər Eldarovun, tanınmış onkoloq Cəmil Əliyevin, memar Rasim Əliyevin, Milli Qəhrəman Mədət Quliyevin, xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Azərbaycan xalqının böyük dostu, qazax yazıçısı Oljas Süleymenovun, dünya şöhrətli xanəndələr Əlibaba Məmmədov, Alim Qasımov və Arif Babayevin, ifaçılar Azər Zeynalovun, rəssam Vadud Müəzzin, ictimai və hərbi reportajları ilə dünyada milyonlarla insanın qəlbini fəth edən məşhur fotoqraf Reza Deqatinin və öz sahəsində peşəkar olan bir çox digər insanların "tökmə əl"lərini görmək mümkündür. 

Redaksiyamızın əməkdaşı ilə söhbətində 58-ci Venesiya Biennalesinin iştirakçısı Kənan Əliyev hazırladığı əsərlə bağlı təəssüratlarını bölüşüb: 



“Hər zaman böyük insanların əllərindən ibarət muzey yaratmaq arzusunda olmuşam. “100” sərgi ekspozisiyasında məşhur şəxsiyyətlərimizin, müasirlərimizin xatirələrinin əbədiləşdirməyə nail oldum. Bir "tökmə əl"in hazırlanması təxminən bir saat çəkir. Hazırda burada 150 "tökmə əl" var. Bu "tökmə əl"lərdən başqa, 44 günlük Vətən Müharibəsində iştirak etmiş milli qəhrəmanların da "tökmə əl"ləri var. Onların arasında internetdə adı olmayanlar da var. Hətta müharibə zamanı barmaqlarını, əllərini, qollarını itirənlər də "tökmə əl"ləri var. Biz istəyirik ki, "Azərbaycan əlləri" muzeyi olsun. Bu isə çox parlaq bir fikirdir". 

K.Əliyev bildirib ki, onun ən böyük arzusu ölkə başçısının "dəmir yumruq" "tökmə əl"ini hazırlamaqdır: 



"Biz də arzulayırıq ki, Cənab Prezident İlham Əliyevin “dəmir yumruq” "tökmə əl"ini ərsəyə gətirək. Bu işə Tahir Salahov ilə başladıq və onun yolunu çox gözlədik. O, bizim üçün bir inci və brilliant sayılırdı. Əslində Tahir müəllim bizi Moskvada gözləyirdi. O, dünyasını dəyişəndə biz çox üzüldük. Ölü və ya diri, mütləq şəkildə onun "tökmə əl"ini götürməli idik. Biz buna nail olduq. Yeri gəlmişkən, bu gün biz Xüsusi Təyinatlı Qüvvələrin komandanı - general-leytenant Hikmət Mirzəyevlə görüşüb, "tökmə əl"ini ərsəyə gətirəcəyik". 

Rəssam həmçinin vurğulayıb ki, sözügedən bənzərsiz və möhtəşəm layihənin müəllifi olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanında sərgidə "tökmə əli" nümayiş etdirilir: 



"Bu möhtəşəm layihədə xüsusi olaraq Leyla xanım Əliyevanın rolunu vurğulamaq istəyirəm. Bu gözəl, bənzərsiz və eyni zamanda vətənpərvərliyi özündə əks etdirən layihəyə görə ilk növbədə ona minnətdarıq. Sərgi çox uğurla keçdi. Son zamanlarda isə ard-arda çoxlu "tökmə əl"lər hazırladıq. Təbii ki, bu iş kifayyət qədər çətin, lakin çox maraqlı və qürurvericidir”.  

Qeyd edək ki, sərginin rəsmi açılışı mayın 6-da baş tutacaq. Sərgini mayın 7-dən iyunun 15-dək, saat 10:00-dan 20:00-dək hər kəs ziyarət edə bilər.  

Rəşad Əliyev, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

End of content

No more pages to load

RADİO