Azərbaycan kinosunun ən nüfuzlu mükafatlara layiq görülən unudulmuş filmi

Moderator.az-ın “Kino-kryoz”x9d layihəsi çərçivəsində başlıqda da deyildiyi kimi dəfələrlə nüfuzlu mükafatlar almasına baxmayaraq unudulmuş bir filmdən danışacağıq. Bu filmdə cəmi 7-8 aktyor iştirak edib. Onların da bir neçəsi epizodik olaraq gözə dəyir. Filmin startından finişinə qədər ön planda əlil arabasına məhkum edilmiş bədbəxt ata, bu atasına görə öz gələcəyini itirmiş zavallı qız və bu qıza görə sevgisi daşa dəymiş bəxtsiz oğlan təsvir olunur. Hərdən həkim gəlir, hərdən qonşu görünür... Amma ac göyərçinlər əlil ata üçün bu həkim və qonşudan daha önəmlidir. 

Beləliklə, bu dəfə  bayaqdan haqqında bəhs etdiyimiz “Özgə vaxt”x9d filmindən danışacayıq. 1996-cı ildə çəkilən filmin ssenari müəllifi Ramiz Rövşən, quruluşçu rejissoru isə Hüseyn Mehdiyevdir. 

Doğrudanmı, o, əlildir?

Bu fikirlər film boyu əlil arabasında olan, Leylanın atası rolunu canlandıran aktyor Ələddin Abbasov barəsində deyilirdi. Filmə baxanlar bilir ki, orada danışıq çoz azdır. Azərbaycan kino tarixinin bəlkə də ən təsirli psixoloji dram filmi olan “Özgə vaxt”x9dda personajlar sanki  danışmağa deyil, susqunluğa həvəslidirlər. Bu susqunluqla da əslində çox mətləbləri çatdırmış olurlar. Ssenari müəllifi tanınmış şair Ramiz Rövşən də sözlə deyil, hərəkətlə psixoloji durumu ustalıqla təsvir edə bilib.

Tamaşaçıların daha çox Cahandar ağa kimi tanıdığı Ə. Abbasov rolu o qədər inandırıcı oynayır ki, film istər festivallarda, istər televiziyada nümayiş etdirilən vaxt izləyicilərdən bir neçəsi onun həqiqətən də əlil olduğunu xəbər alırlar. Çox gərgin psixoloji ağırlıqla yüklənən filmin çəkilişlərdindən öncə  Ə. Abbasov rejissorla birgə ruhi-əsəb dispanserinə mütəmadi olaraq gedir və öz müşahidələrini aparırdılar. Bu da aktyora çəkiliş prosesində çox kömək olub. 

Göyərçinlər...

Filmin başqa bir özəlliyi də göyərçinlərə kifayət qədər yer ayrılmasıdır. Azərbaycan kino tarixində bəlkə də yeganə filmdir ki, burada quşların sayı insanların sayından çoxdur. Filmin rejissoru sonradan öz xatirələrində həmin quşların az qala aktyorlarla dostlaşdıqlarını da deyirdi. Göyərçin sülh, barış simvolu olduğu kimi. Həm də bəzi hallarda ölüm simvolu kimi də bilinir. Filmdə də Leyla ilk dəqiqədən son dəqiqəyədək ölüm ayağında olan atasını tərk etmir. Hərdən göyəörçinlər görünür. Əlil atası onları ovcunun içindəki dənlə bəsləyir. Bəzən göyərçinlərin dənə daraşdığını görüb ovcunu bağlayır. O, bu zaman sevinir. O, göyərçinlərin timsalında öz ölümünü yemlədiyi üçün və ölüb qızını xilas edəcəyi üçün çox sevinclidir. 

Atası öləndən sonra Leyla (Ayan Mirqasımova) kimsəsiz evə gəlir və atasının hər zaman oturduğu arabaya əyləşərək ocvunun içində göyərçinləri yemləyir. Bunun özündə də çox böyük simvolika var. Leyla da atası kimi göyərçinləri yemləyən zaman gülür, sevinir. Çünki o, bununla əvvəlki vaxta qayıtmaq istəyir. Ona görə ki, artıq Leylanın gələcəyi yoxdur. Qazana biləcəyi gələcək atasına qurban verilib. Artıq o, özgə vaxtda yaşamağa məhkumdur...

Ən çox mükafat alan film

Yüksək peşəkarlıqla lentə alınan filmdə həm rejissor, həm ssenarist işi, həm də aktyor oyunu çox gözəl tandem təşkil edib. Bu gün “Özgə vaxt”x9d filmi Azərbaycanda öz layiqli qiymətini ala bilmir. Ən azından biz filmi heç televiziya ekranlarında da görmürük. Az qala hər ay “Görüş”x9d, “Ulduz”x9d, “Əhməd haradadır”x9d kimi banal məzmuna və zəif süjet xəttinə malik olan filmlər ekranlarda “mazol effekti”x9dni yaradır. Amma “Özgə vaxt”x9d kimi dünyanın istənilən psixoloji dram filmi ilə ayaqlaşa biləcək bir ekran işi kölgədə qalıb. Amma bu indidir. Haradasa 20 il bundan əvvəl filmin qədri bilinirdi. “Özgə vaxt”x9d Berlin Kino Festivalında mükafat qazanan yeganə Azərbaycan filmidir. O zaman festivala təqdim edilən 780 filmdən yalnız 70-ə qədəri kinoteatrlarda təqdim olunmaq üçün seçilir. Onlaırn arasında “Özgə vaxt”x9d filmi də olur. Elə bunun sayəsində Avropa tamaşaçısı filmlə daha yaxından tanış olur. Çox keçməmiş, 1997-ci ildə Madriddə keçirilən I Beynəlxalq Kino Festivalında Hüseyn Mehdiyev ən yaxşı rejissor, Ayan Mirqasımova isə ən yaxşı aktrisa nominassiyalarında mükafat alırlar. Rejissora “Qızıl Sevilla”x9d, aktrisaya isə “Gümüş Sevilla”x9d mükafatı verilir. 

Ayan Mirqasımova sonrakı illərdə daha bir beynəlxalq festivalda çinli aktrisa ilə birlikdə ən yaxşı aktrisa nominassiyasının qalibi olur, “Qızıl Zanbaq”x9d mükafatına sahiblənir. 

Film bir neçə ildən sonra MDB və Baltikyanı ölkələrin kino festivalında da əsas mükafata layiq görülür.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

End of content

No more pages to load

RADİO