"Azərbaycanla Türkiyənin müştərək serial çəkilişlərinin nə səbəbdən dayandığını bilmirəm".
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsinin müdiri Erkin Yılmaz deyib.
O bildirib ki, serial çəkilişi ilə Türkiyənin müstəqil "Bozdağ" şirkəti məşğul olub.
"Türkiyəyə qayıdandan sonra serialın çəkilişlərinin niyə dayandırıldığını öyrənəcəm", - deyə o qeyd edib.
Bizim.Media