İlham Əliyev Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.

Azər Paşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir.

O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.
Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır.

Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.
Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azər Paşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Anar Rzayev

Firəngiz Əlizadə

Fərhad Xəlilov

Şəfiqə Məmmədova

Rasim Balayev

Hacı İsmayılov".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

End of content

No more pages to load

RADİO