Qərb və şərq mədəniyyətinin ecazkar sintezi - FOTOLAR

Üç gündür ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Bir həftəlik səfər proqramı bu gündən Türkiyənin paytaxtı Ankarada davam edəcək. Ötən gün azərbaycanlı jurnalistlər İstanbulun mədəniyyət ocaqlarını gəziblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL


Dünyaca məşhur və Türkiyənin tarixi varlığını əks etdirən Topqapı sarayında saxlanılan sərvəti izləmək və mövcudluğu ilə tanış olmaq üçün uzun bir yol qət edirsən.

Osmanlı sultanlarının və onların hərəmlərinin bir zamanlar yaşadıqları ocağı gəzdikcə doymaq olmur. 

Füsunkar tikilinin əsası Fateh Sultan Mehmet tərəfindən İstanbul fəth olunduqdan sonra, yəni 1460-cı ildə qoyulub.Topqapı sarayı Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, 97 ildir ki, muzey kimi fəaliyyət göstərir.

Hazırda 300 min kv.metrlik ərazidə yerləşən saraydakı mənzərə valehediciliyi ilə insanı o dövrə aparır.  

Sarayda təxminən 300 mindən çox arxiv materialı qorunur ki, dünyanın aparıcı muzeylərindən biridir. Türkiyənin mədəniyyət beşiklərindən biri olaraq turistlərin görmək üçün arzuladıqları ən qədim ocaqlardandır.

Sarayda Osmanlı sultanlarının qəbul otağı, onlara məxsis qılınc, silah və zirehli geyimlər saxlanılır. Ətraflı məlumatlarla ziyarətçilərə təqdim olunan bu tarix hər bir turist tərəfindən maraqla vərəqlənir. 

Topqapıda ən qiymətli əşyalar İslam peyğəmbəri Həzrəti Məhəmmədə (s) aiddir.

Peyğəmbərimizin müqəddəs əmanətləri - su içdiyi qab, qılıncı, oxu, yazdığı məktubu, möhürü, rəngli mərmər üzərindəki ayaq izi, qızıl sandıqdakı bir ovuc torpağı qalmaqdadır.

Həmçinin Həzrəti Musanın əsası, Davud peyğəmbərin, Həzrəti Məhəmmədin (s), İmam Əlinin (ə), xəlifə Əbubəkr və Ömərin, səhabələrin qılıncları saxlanılır, Yusif peyğəmbərin cübbəsi, İbrahim peyğəmbərin işlətdiyi qazan, Həzrəti Fatimənin geyimi qorunur. 

Həzin Quran sədası altında qəbul edilən ziyarətçilər bir neçə min il yaşı olan eksponatları heyrətlə izləyirlər. 

Qeyd edək ki, pandemiya səbəbindən Topqapı sarayı yerli vətəndaşlara qapalı olsa da, turistlərə həftənin 5 günü açıqdır. Karantin davranışlarına uyğun ayarlanan ziyarətçilərə xüsusi diqqət və xidmət var.

Saraya gələn turistlər içərisində daha çox Rusiya, post-sovet ölkələri və İngiltərədən gələnlər üstünlük təşkil edir. 

Onu da əlavə edək ki, Yavuz Sultan Səlimin Misirə səfərindən sonra İstanbula gətirilən, sonrakı dövlərdə sayı davamlı artaraq çox dəyərli xəzinəyə çevrilən Müqəddəs Əmanətlər Topqapı Sarayındakı “Has Otaq” da 500 ildir mühafizə edilir və sərgilənir. Ucu-bucağı görünməyən sarayın hər daşını, divarını və sərvətini kəşf etmək mümkündür. Turistlərin diqqətini də məhz bu müqəddəs sərvət və içərisindəki sərgilər cəlb edir.

Növbəti səfərimiz 1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilən İstanbulunu şahı sayılan Aya Sofyadır.

Bu bina tikildikdən sonra, öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.

Aya Sofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifini Türkiyə Prezidenti Recep Tayyip Erdoğan 2018-ci ildə seçki vaxtı verib. 3 ildir ki, muzey kimi fəaliyyətdə olan Aya Sofiya da qapılarını turistlərə açıq elan edib.

Həm yerli, həm də dünya ölkələrindən bu müqəddəs ocağı ziyarətə gələnlər var. İçərisi geniş və hündürlüyü ilə seçilən ocağı dünyanın dörd bir yerindən gəlmiş turistlər bəzəyir.

Bələdçimiz deyir ki, hər gün namaz vaxtı müsəlmanlar məscidə namaz qılmağa toplaşsalar da, məscid ziyarət üçün turistlərə açıq saxlanılır. Yalnız cümə günlərində namaz qılmağa gələnlər istisna olunmaqla ocağa daxil olmaq yasaqlanır. 

Ayasofya abidəsi Bizans dövründən qalıb. “Müqəddəs hikmət” mənasını verən “Hagia Sophia” 532-537-ci illər arasında, köhnə bir kilsə tikilisinin üstündə inşa etdirilib. Qübbəli dizaynda tikilən Aya Sofyanın hündürlüyü 55,6 metrdir.

Qərb və şərq mədəniyyətinin ecazkar sintezi hesab olunan müqəddəs ocaq bu günə qədər qorunub saxlanılan əsas abidələrdəndir.

Zəngin mədəni tarix və irsə malik olan İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir. Təsüdafi deyil ki, turistlərin dillərində zəngin turizmliyi ilə əzbər olan İstanbula minlərlə şer və musiqilər də bəstələyənlər az deyil. 

Yolumuzu məşhur Sultanəhməd məscidinə tərəf salsaq da, bələdçimiz ocaqda restavrasiya işləri getdiyindən ziyarətçiləri qəbul etmədiyini bildirib. 

İstanbul küçələrini gəzməklə doymaq olmur... Hər addımı fəth, hər qarışı kəşf və hər mənzərəsi göz oxşayır bu şəhərin...

Alçina Amilqızı, Bizim,Media, İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

End of content

No more pages to load

RADİO