Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin "Toppuş bacı" kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev Facebook səhifəsində yazıb.
“Əlvida tələbəlik illərimin xoş xatirəsi, Əlvida!!!
Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 50-ci ilində vəfat edib.
Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, deyə o, qeyd edib.
Bizim.Media