Cavan Zeynallının mərhum həyat yoldaşının rəfiqəsi: "Göz yaşları dayanmırdı" - FOTO

"Cavan Zeynallı ilə Röya xanım 25 il idi evli idilər. Onlar Cavan müəllimin bir qohumunun vasitəsi ilə tanış olmuşdular. Çox mehriban idilər bir-biri ilə. Cavan müəllim Röyanın ölümündən çox təsirlənib. Röyanın yas mərasimlərində onun göz yaşları dayanmırdı".

Bu sözləri Bizim.Media-ya xalq artisti Cavan Zeynallının ötən gün vəfat etmiş həyat yoldaşı Röya Zeynallının yaxın rəfiqəsi, sinif yoldaşı və qohumu, Qusar şəhər sakini Svetlana Kazımova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Cavan Zeynallının həyat yoldaşı vəfat etdi


Onun sözlərinə görə, Cavan müəllimlə Röya çox istəkli olublar. Hətta onların evliliyi ərəfəsində Cavan müəllim bir sürpriz edib:

"Röya danışırdı ki, evimi təmir elətdirirdim, birdən Cavan zəng elədi ki, tez düş aşağı, şəxsiyyət vəsiqəni də götür. Mən də düşdüm. Cavan mənə dedi ki, otur maşına, gedirik zaqsa. Mən dedim, bu geyimdə? Cins şalvarda idim. Dedi, eybi yox. Bu geyimdə getdik və nikaha düşdük".

"Təzə evlənəndə Röya xanım hamilə qalmışdı. Uşağın tələf olmaması üçün hətta Amerikaya qədər getmişdilər, amma, xeyri olmadı. Uşaq 6 aylığında tələf oldu" - deyə Svetlana xanım qeyd edib.

Yaxın rəfiqəsi Röyanın yüksək qan təzyiqindən əziyyət çəkdiyini, müalicə olunduğunu deyib:

"İrana da getmişdi, mütəmadi zəli ilə də müalicə edirdi. Boynuna qanın normal işləməsi üçün zəli qoyurdu. Sonuncu dəfə də qan təzyiqindən insult keçirdi, bir tərəfi iflic olmuşdu. Müalicələrin xeyri olmadı. Mən həmişə yanında olmuşam. Xəstəxanada yanında qalmışam".

Svetlana Kazımova xanımı dünyasını dəyişəndə Cavan Zeynallının onu Yasamal qəbristanlığında dəfn etmək istədiyindən də danışdı:

"Amma Röyanın yaxınları onun Qusar şəhərində, valideynlərinin və iki qardaşının yanında basdırılmasını istədilər. Cavan müəllim razılaşdı. O Bakıda Röyanın yas məslisini də keçirdi."

Yaxın qohumu Svetlana Kazımova onu da deyib ki, xalq artisti anasını, bacısını itirdikdən sonra Röyanın da vəfatı  ona pis təsir edib.

İndi Cavan müəllim Röyanın baxıb saxladığı qardaşı oğlu ilə qalır. Qardaşı vəfat edəndən sonra Röya bu uşaqlara dəstək olmuşdu, böyüdüb özü saxlamışdı.

Svetlana xanım 69 yaşında vəfat edən Röya Zeynallının əvvəllər adının Raisa olduğunu deyib: 

"Evlənəndən sonra Cavan müəllim Raisanın adını dəyişdirib Röya eləmişdi".

Svetlana xanım Qusarı çox sevən Cavan Zeynallıya Röyanın yaxınlarının həmişə mənəvi dəstək olacağını deyib. Çünki o Röyanı son nəfəsinə qədər heç vaxt tək qoymayıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

End of content

No more pages to load

RADİO