Xəbər verdiyimiz kimi bu gün pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. Bayram münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə, eləcə də ənənəvi dini icmaların rəhbərləri Azərbaycanın pravoslav xristianlarına təbrik məktubu ünvanlayıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Xaçmazda yerləşən pravoslav kilsələrində təntənəli mərasimlər keçirilib.
Yanvarın 6-dan, Müqəddəs axşamdan başlayan bayramda ilk dəfə olaraq Azərbaycan dilində İncil oxunub, Milad ilahiləri səsləndirilib.
Bayram şənliyində iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilib.
Bizim.Media