Çarli Çaplinin sevdiyi “CÜCƏLƏRİM”in ruhunu necə öldürdülər? – ACI XATİRƏ

Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də yaddaşlardan silinməyən sənətkar. Yaradıcılığının ən gözəl, çiçəkləndiyi bir dövrdə həyatına, hər kəsə vida edən o şəxsiyyət Qəmbər Hüseynlidir. Demək olar ki, o, sənət aləmində xalqa xidməti həyatının əsas meyarına çevirmiş sənətkarlardan olub.

Həyatı: Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dünyaya göz açıb. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi.

Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir.

Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə “özününküləşdirməyi” bacarır.

Onu məşhurlaşdıran “Cücələrim”

Bütün məşhur əsərlər, mahnılar kimi “Cücələrim”in də taleyi qəribə çətinliklərlə yadda qalıb. Belə ki, mahnı yazıldığı tarixdən düz 10 il sonra öz kulminasiya nöqtəsinə çatıb.

“Cücələrim” əsərinin yaranması ilə bağlı bir sıra fərziyyələr irəli sürülür. Amma  həmin versiyalardan birində deyilir ki, 1947-ci ildə Gəncə Flarmoniyasında bədii rəhbər işləyərkən Qəmbər Hüseynli bu əsəri yaradır. “Cücələrim” Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakıdakı olimpiadada ifa etmələri üçün yazılır.

Mahnının da ilk ifaçılarından biri Qəmbər Hüseynlinin rəhbəri olduğu Sazçı Qızlar Ansamblının solistlərindən Səmayə Mirzəyeva olur. Sonra isə mahnını Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Muğam Teatrının direktoru kimi çalışmış, mərhum Arif Qazıyev və Münəvvər Seyfullayev ifa ediblər. Arif Qazıyev sonradan verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, “Cücələrim” mahnısı onun öz uşaqlığının xatirəsidir.

“Cücələrim”i Çarli Çaplin belə səsləndirib...

Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!".

"Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur.

Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.
Bu mahnı sanki Azərbaycanın “vizit vərəqi”nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.

Sənətkarın acı həyat sonluğu

300-dən çox sevilən musiqi əsərinin müəllifi olan Qəmbər Hüseynli heç də rahat həyat yaşamayıb və səhhəti çəkdiyi əzab-əziyyətlərə tab gətirə bilməyib. Böyük bəstəkar xalqımızın millətsevər övladları Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə həbsxana küncünə atılır.

Bu “cinayət”ə görə repressiya qurbanına çevrilən Qəmbər Hüseynli həbsxanada da çalıb-oxuyanları ətrafına toplamış, hətta özü tar da düzəldibmiş.

Həbsdən geri döndükdən sonra bəstəkar ailəsi ilə Bakıda zirzəmini xatırladan yarıqaranlıq mənzildə yaşamalı olur. Lakin bir gün də olsa, yaradıcılığından qalmır, sanki tanrının ona verdiyi ömrün çox qısa olduğunu duymuş kimi hər şeyə tələsir, gecə-gündüz çalışırmış.

Sonralar Qəmbər Hüseynliyə təzə mənzil versələr də, həbsxana həyatı, neçə illər yaşadığı rütubətli ev “xalq düşmənləri”ni müdafiə etdiyinə görə aldığı ağır tənələr öz işini görmüşdü.

Ağır xəstəlik onu 44-45-də yaxalayır və çox keçmədən - 1961-ci il iyulun 31-də 45 yaşında əbədi olaraq gözlərini yumur. Təzə mənzilində heç iki il də yaşaya bilmir.
Qısa həyat sürsə də onun misilsiz musiqi əsərləri, bəstələdiyi mahnılar və xalqımızın laylasına çevrilən “Cücələrim” Qəmbər Hüseynlinin ruhunu sonsuza qədər yaşadacaq. Və heç şübhəsiz ki, hələ uzun illər nəinki xalqımızın, dünyanın bütün uşaqlarının sevimli nəğməsi kimi səslənməyə davam edəcək.

Səkinə Yusibli, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfanı Yıldız Tilbeyə Afət şikayət edib? - VİDEO

Vəfanı Yıldız Tilbeyə Afət şikayət edib? - VİDEO

"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı AÇIQLANDI

"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı AÇIQLANDI

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Evinin çıxarışı olmayan şəxslər üçün VACİB XƏBƏR - 2026-cı ildə...

Evinin çıxarışı olmayan şəxslər üçün VACİB XƏBƏR - 2026-cı ildə...

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Qurban Qurbanov: “Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir”

Qurban Qurbanov: “Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir”

Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub - FOTO

Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub - FOTO

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu ölkədə ABŞ-a görə beynəlxalq fövqəladə vəziyyət ELAN EDİLDİ

Bu ölkədə ABŞ-a görə beynəlxalq fövqəladə vəziyyət ELAN EDİLDİ

Polkovnik Vidadi Orucov vəfat etdi

Polkovnik Vidadi Orucov vəfat etdi

“Evdə tək”in aktrisası VƏFAT ETDİ

“Evdə tək”in aktrisası VƏFAT ETDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb - FOTO

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb - FOTO

“Barselona” Fermin Lopeslə müqaviləni UZATDI

“Barselona” Fermin Lopeslə müqaviləni UZATDI

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

“Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın” - FOTO

“Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın” - FOTO

“Şamaxı” legioneri ilə yollarını ayırdı

“Şamaxı” legioneri ilə yollarını ayırdı

Putin Kremldə Laricanini QƏBUL ETDİ

Putin Kremldə Laricanini QƏBUL ETDİ

Əsəbi və həyəcanlı olarkən bu qidalardan UZAQ DURUN!

Əsəbi və həyəcanlı olarkən bu qidalardan UZAQ DURUN!

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO

Tramp Rusiya-Ukrayna münaqişəsi BARƏDƏ: “Zelenski və Putin bir-birinə nifrət edirlər”

Tramp Rusiya-Ukrayna münaqişəsi BARƏDƏ: “Zelenski və Putin bir-birinə nifrət edirlər”

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul ALACAQLAR

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul ALACAQLAR

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Australian Open: Finalda Alkarasla Cokoviç qarşılaşacaq

Australian Open: Finalda Alkarasla Cokoviç qarşılaşacaq

End of content

No more pages to load

RADİO