Mədəniyyət Nazirliyinin sözçüsü: “Həmin Bəhram Bağırzadədən əsər-əlamət qalmayıb” - FOTO

Əməkdar artist Bəhram Bağırzadənin Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini tənqid etməsi sosial şəbəklərdə müzakirə predmetinə çevrilib.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova aktyorun yazdığı ittihamlarına cavab verib. 

Qurumun sözçüsü aktyorun tənqid dolu paylaşımını bu cür şərh edib:  

“Hörmətli Bəhram bəy, ilk növbədə onu qeyd edim ki, mən sizin paylaşımınıza cavabı Azərbaycan dilində ifadə edəcəm. Çünki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə rəhbərlik edirəm və bildiyim qədərilə siz də ana dilimizdə təhsil almısınız, məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Əziz Bəhram bəy, dahi Fikrət Əmirovun yubiley tədbirləri çərçivəsində keçirilən konsertdən məmnun qalmadığınızı ötən gün geniş şərh etmişdiniz.

Təbii ki, buna bir vətəndaş olaraq tam haqqınız var idi və bu səbəbdən şərhinizə xüsusi münasibət bildirmədim. Amma müəyyən texniki qüsurları olan konsertlə bağlı 2 gündür davam edən həyəcanınıza səbəb verə biləcək məqamları görə bilmirəm. Konsert sizin zalı tərk etməyinizlə müşayiət olunmadı, davam etdi. Konsertin sonunda ssenari və ifaları ayaqüstə alqışlayanlar isə nazirliyin əməkdaşları deyildi, sıravi Azərbaycan tamaşaçısıydı.

Təxminən bir neçə ildir, sizin o tamaşaçıya kütlə münasibəti göstərdiyinizi, o sıravi Azərbaycan vətəndaşını “tin”ə sıxışdıraraq ələ saldığınızın (üzr də istəmisiniz buna görə) şahidi oluruq. İllər öncə Azərbaycanı böyük səhnələrdə layiqli təmsil edib, uğurlu çıxışları ilə bizi qürurlandıran adamdan əsər-əlamət qalmayıb.
Fikrət Əmirov dahidir. Bu dünyaya bəlkə 100 ildə bir dəfə gələn dahi. Onun adına keçirilən konsertdə hər hansı qüsur olubsa, buna görə üzr istəyirəm. Amma bu konsert sizin günlərdir davam edən statuslarınızdakı təsvirin motivi olacaq qədər pis keçsəydi, o zalı tərk edənlər təkcə bir neçə nəfər olmazdı. Çünki bu xalq dəyərlərinə sahib çıxmağı bacarır”, - deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, B.Bağırzadə Heydər Əliyev Sarayında keçirilən sözügedən konsertlə bağlı yazdığı “Bu, ötən əsrdə və hətta ötən minillikdə olmuşdu.

1984-cü il. Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım var idi. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım... Hardasa yarım əsrdən çox vaxt keçib. Və bu gün, yeni minillikdə mən - artıq 50 yaşlı kişi - dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim...

Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm... Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük, kişiləşmişik və gözəl şeyləri öyrənmişik. Fikrət müəllim, bizi bağışlayın. Biz sizi pis vəziyyətdə qoyduq...” statusu ilə gündəmə gəlib.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

End of content

No more pages to load

RADİO