Moderator.az-ın verdiyi xəbərə görə, "Region TV"də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı sujetləri ilə tamaşaçıları sevindirib.
Sujetlərin birində, ssenariyə əsasən, dilənçi (verilişin aktyoru) küçədən keçənlərə yaxınlaşıb onlara pul təklif edir. Dilənçi, pul paylamasının səbəbini isə ata olmağı ilə əlaqələndirir.
Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz şəhər sakinləri isə baş verənləri təəccüb və təbəssümlə qarşılayırlar.
Həmin maraqlı sujeti sizə təqdim edirik.