Türkiyədə yeni fəaliyyətə başlayan bir kababçının ustaları tərəfindən hazırlanan 40 metr uzunluğundakı Adana kababı saniyələr içində yeyilib.xa0
xa0
Moderator.az xəbər verir ki, kabab ustaları yağışın altında xüsusi hazırlanan manqalda 30 nəfərlik qrupla 2 saata 40 metrlik kabab bişiriblər.xa0
xa0
Təşkilatçılığı həyata keçirən kabab ustası Saleh Oral daha əvvəl Adanada 35 metrlik kabab hazırlandığını və özlərinin bunu 5 metr daha böyütdüklərini deyib.
xa0
Məqsədlərinin yaxın zamanlarda "Ginnesin rekordlar kitabı"na düşmək olduğunu qeyd edən kabab ustası bu rekord üçün çalışacaqlarını bildirib.




xa0





xa0Kamran