Azərbaycanlı kəşfiyyatçı nüvə savaşını necə durdurdu? - Merlin Monro ilə birgə...

Bu günlərdə Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda növbəti dəfə “III cahan savaşı olacaq” ajiotajı baş qaldıranda yadıma ötən illərdə də dəfələrlə qeyri-adi, ağlagəlməz mövzuluxa0 və məzmunlu söhbətlərini təqdim etdiyimiz Azərbaycanın məşhur milli mason lideri- 1959-1982-ci illərdə Azərbaycanın milli müstəqilliyi uğrunda gizli mübarizə aparmış Milli Azadlıq Qərargahını rəhbəri Oqtay Eldəgəzlə daha bir söhbətimiz yadıma düşdü... 1990-cı illərin sonunda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsindəki görüşlərimizdən birində 1962-ci ilin ABŞ və SSRİ arasındakı Karib böhranı zamanı planetin nüvə savaşından xilas edilməsində önəmli rol oynamış azərbaycanlı kəşfiyyatçı oğuldan bəhs etmişdi Oqtay əfəndi... Oxa0 vaxt bu söhbət yazıya da köçürülmüşdü.xa0

Aktuallığını nəzərə alaraq həmin söhbətin ən maraqlı məqamlarını Moderator.az oxucularının da nəzərinə çatdırırıq:

“...1985-ci ildən başlayaraq nüfuzlu-rütbəli detekaçıların Qərb kapitalist ölkələrinə qaçışları sürətlənəndə, SSRİ DTK-nın kəşfiyyat və əks-kəşfiyyat(2-ci və 9-cu) şöbələrinin məşhur xadimi, general-mayor Sergey Kovalyov öz keçmiş həmvətənləri Penkovskinin, Qordiyevskinin, Lavrovun yollarını tutmayaraq ölkəsindən qaçmaq istəmədi, cəsarətli müsahibələr verdi, sovet xüsusi idarələrinin paxırlarını açdı. Hətta parlamentə seçkilərdə öz namizədliyini irəli sürdü və ən başlıcası, səs-küylü “Mənim DTK-dakı günlərim”adlı kitabını böyük sayda xalqa çatdırdı. Sözügedən kitabda bizim bir soydaşımıza dair maraqlıxa0 abzas var idi. Keçmiş “KQB” generalı yazırdı ki, SSRİ xüsusi xidmət idarəsinin ABŞ və Kanada üzrə baş kəşfiyyat rezidenti, “Ostap” ayamalı polkovnik Seyran Xələf oğlu Qasımlı 12 il ara vermədən bu təhlükəli və ağır vəzifəni şərəflə daşımışdır. Sonralar Amerikanın kəşfiyyatçı təyyarəçisi Payerslə dəyişdirilən məşhur sovet casusu Abel və yüzlərlə xəfiyyəmiz məhz onun rəhbərliyi altında uğurlu fəaliyyət göstərmişlər...xa0xa0
“Ostap” Vaşinqtonaxa0 1950-ci ilin sentyabrında gəlmiş, 1962-ci ildə başqa bölgələrə göndərilmək üçün mərkəzə çağırılmışdır. Seyran Qasımlı Moskvada doğulmuş, orada həyat yoluna başlamış 39 yaşlı ifrat intizama malikxa0 xa0sovet xəfiyyəsi zabiti idi. O, Vaşinqtonda SSRİ-nin ABŞ-dakı səfiri A.F.Dobrınininxa0 mədəniyyət məsələri üzrə attaşe-müşaviri qismində çalışırdı.xa0

Üç dövlət başçıları- Eyzenxauer, Makmillan və Xruşovun 1956-cı ilin iyununda yüksək səviyyəli Paris və Vyana görüşləri baş tutmayandan sonra soyuq müharibənin iti dişli çarxı daha yeyin dövr etməyə başladı. İrəlidə 1960-cı ilin noyabrında ABŞ-da yeni prezident seçkilərinə hazırlığın vüsətini, Demokrat Partiyasının nüfuzunun yüksəlməsini avqust qurultayında bu firqənin prezidentliyə namizədini qabaqcadan düzgün proqnozlaşdıran sovet rəhbərliyi uzun gedişli casus əməliyyatına yaşıl işıq yandırdı. Və az keçmiş bizim rezident Seyran Qasımlı yuxarı məqamlı DTK rəhbərliyindən əlahiddə tapşırıq aldı...xa0
Biz məşhur soydaşımızın sonrakı fəaliyyətini araşdırarkən öncə nüfuzlu “Zarubejom”, “Komsomolskaya pravda”, “Den” , “Nezavisimaya qazeta” gündəclərinə, “Azadlıq” radiosunun Münhen yayımları və xüsusən “Ekspres-qazeta”ya baş vurduq. Aydın oldu ki, azərbaycanlı sovetxa0 kəşfiyyatçı rezidentinəxa0 çox ağlasığmaz, ağır və məsuliyyətli bir tapşırıq verilib. Həmin tapşırığı yerinə yetirmək üçün onun qarşısında Amerika kişi və yeniyetmələrini yuxusuz qoymuş məşhur Hollivud ulduzları Elizabet Teylor və ya Merlin Monro ilə tanış olaraq onlardan birini öz məşuqəsinə çevirmək vəzifəsi dururdu. Ulduz ovuna çıxmağa məcbur edilmiş Seyran Qaslmlı, nəhayət, “Sınıq ox”, “Sonuncu gəliş”, “Cazda yalnız qızlardır” filmlərində qadın surətlərini yüksək ustalıqla ifalarına görə 3 dəfə “Oskar”a layiq görülmüş, əsl adı və soyadı Normana Cinz Beyker olan, fransız yazarlarının ona verdiyi “başçılar sevimlisi”, yəni “Merlin Monro” ayamalı gözəl üzərində dayandı...
1959-cu il iyunun 25-də bürkülü bir havada Miçiqan şəhərləri arasında işləyən “Vilson” gəzinti-əyləncə gəmisində onlar tanışlığın müjdəsini taparaq “bahar çiçəklərinin ürəyi qan olan gecə” keçirdilər. Beləcə bədənininxa0 cazibədar cizgiləri jurnalların ilk səhifələrindən düşməyən Amerikanın gözəllik ilahəsi-xa0 Merlin Monro domino daşı kimi qalın qara bığ gəzdirən bizim əsl kişi biçimli azərtürk oğlumuzun məşuqəsinə çevrildi(Sonradan sovet DTK rəhbərliyi bunu “sovet kəşfiyyatının ən böyük uğuru” adlandıracaqdı)...xa0
Yazıqlar olsun ki, Seyran- Merlin sevdası şəffaf bəşəri duyğuların, sağlam insan şəhvətinin və ehtiraslarınınxa0 təntənəsinə deyil, iki super dövlətlər arasındakı qarşıdurmanın hikkələrinə xidmət etməli məqsədlərə yönələcəkdi. Vaşinqtonda Arlinqton hərbi qəbiristanlığı civarındakı gizli otaqda keçirilən aramsız yataq macəraları Merlin xanımı elə bihuş hala gətirmişdi ki, elə ofsunlamışdı ki, sanırdın, iki yeniyetmə ilk məhəbbətin dalğaları qoynuna atılmışdır. 13 yaşında bakirəliyi ilə vidalaşan gələcək super ulduzun bu qızlıq günahını hər bir amerikalı təfərrüatıyla bilirdi...xa0
Məşuqə(Merlin) öz məşuqu(Seyran) qarşısında dizin-dizin yeriyir, hər dəfə ona “ey mənim yeniyetməliyimin ik gecəsinin zövqünü qaytaran”, ey mənim yer allahım” deməkdən usanmırdı. Ostap- yeni şərqli məşuq onun nəinki tükənməz qadınlıq hislərinə, eləcə də əqlinə, zəkasına, fikirlərinə, düşüncəsinə hakim kəsilmişdi...”

(Davamı var)
Təqdim etdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO