İsgəndər Həmidov həbsxanada "Lotu Quli"nin atasına 40 gün yas saxlayıb?

Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az silsilə yazılar təqdim edəcək. Oxumaq istəyənlər saytı izləsinlər. Əldə etdiyimiz kitabda Lotu Quli haqda heç yerdə eşitmədiyiniz məlumatlarla tanış olacaqsınız.

Nadir Səlifov 1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailədə üç qardaş və iki bacı olublar. Sonra ailəlikcə Bakıya köçüblər. Orta məktəbdə normal oxuyub, amma əlaçı olmayıb. İmkanlı ailədə böyüyüb. Atası onu çox istədiyindən lap uşaq vaxtından onu “Quli” çağırıb.xa0xa0

“Quli” gürcü dilində “ürək” deməkdir. Yəni bu bizdəki məşhur “Qulu” adının təhrif olunmuş variantı deyil. Qulinin atası Nəriman Səlifov rayonun ticarət sferasında rəhbər işçilərdən biri olub. Sovet hakimiyyəti onu dövlət əmlakının ağırlaşdırıcı halda mənimsənilməsixa0 (SSR CM-nin 88.1 maddəsi) ilə mühakimə edərək, 15 il azadlıqdan məhrum edib. Nəriman Səlifov 10 il məhbəs həyatı yaşayıb. Bu hadisə ötən əsrin 80-ci illərinin ortalarında baş verib. O zamanlar SSRİ rəhbəri Yuri Andropovun vaxtında müxtəlif təsərrüfat sahələrində çalışan, yeyintiyə, mənimsəməyə yol verən vəzifəli şəxslərin kütləvi tutqusu gedirdi. İttifaqın bir çox respublikalarında, eləcə də Azərbaycanda minlərlə adam bu ittihamla həbs olunmuşdular. O dövrü “İqtisadi sferada repressiya illəri” də adlandırmaq olar.xa0

Ancaq bu cür maddələrlə həbs olunanlar özlərini cinayətkar saymırdılar. Çünki sovet təsərrüfatının bütün sahələrində total şəkildə mənimsəmələr və yeyintilər vardı və bu normal idi. Onların hamısını tutsaydılar, bu, yüzminlərlə dustaq demək idi. Bu həbslərdən sonra türmələrdə yer qalmazdı. Sadəcə, o vaxt belə adamları seçmə üsulu ilə həbs edirdilər-haqq ödəməyənləri, rayon rəhbərlərinin xoşuna gəlməyənləri, yeyintidə həddi aşanları və s.xa0

Bu ailəni tanıyanların dediyinə görə, Nəriman Səlifov azadlığa çıxdıqdan sonra heç vaxt türmə həyatı haqqında şirin xatirələr danışmayıb. Ümumiyyətlə, o, oğru aləmindən uzaq olub, həmişə özünü sovet dövlətinin bərbad təsərrüfat, ticarət sisteminin zərərçəkənlərindən biri sayıb.xa0

Bəs gələcək “qanuni oğru” atası türmədə yatarkən, onun yanına, görüşə gedibmi? Gedibsə, bu ziyarət onda hansı təəsüratları yaradıb? Bu barədə məlumat demək olar ki, yoxdur. Nə Quli özü bu barədə nə vaxtsa kiməsə danışıb, nə də bu haqda ona sual verən olub. Ehtimal olunur ki, o, atasının yanına getmiş olsa belə, bu, onun uşaq olduğu vaxtlarda baş verib. O zamanlar isə türmə həyatı kriminal aləmdə karyera qurmaq ehtirası 12-13 yaşlı uşaq üçün o qədər cəlbedici ola bilməzdi. Amma kim bilir, bəlkə atasını özünə örnək sayan uşaq Quli elə o vaxtdan “Türmə kişilər üçündür” deyənlərin fikrini yeganə həqiqət kimi qəbul edib?

Yeri gəlmişkən, Nəriman Səlifov vaxtilə sovet dönəmində milis şöbəsində sosialist əmlakını dağıdanlarla mübarizə bölməsinin (SƏDM, ruscada OBXSS) rəisi işləyən, sonradan daxili işlər naziri kimi mühüm dövlət postu tutan İsgəndər Həmidovla dost olub. Bir-birinə zidd olan iki vəzifənin (biri sosialist əmlakını dağıtmaqda günahlandırılıb, o biri isə sosialist əmlakını qorumaqda mükəmməl olub) daşıyıcılarının dostluq büsatı hansı kriteriyalar üstündə bərqərar olubsa da, bu dostluq sona qədər davam edib. Hətta Nəriman Səlifov rəhmətə gedəndə bu xəbəri həbsxanadaykən alan İsgəndər Həmidov mərhum dostunun xatirəsinə ehtiram əlaməti olaraq üzünü qırxmayıb. Avropa Şurasının təkidi ilə keçirilən ikinci məhkəmə prosesinə də saqqallı vəziyyətdə qatılıb. Bunun səbəbini soruşanlara isə sabiq nazir qısaca belə cavab verib: “Dostum rəhmətə gedib”. Dustaq yoldaşları, hətta Quli özü də ona təkid edib ki, saqqalını qıxsın. Amma o deyib ki, bunu heç kimə görə etmir, Nəriman kişi ilə yaxın dost olublar.

Yazının davamı var...

Vasif Əlihüseynxa0

Mənbə: Munis Yunisoğlunun “Mən Quliyəm” kitabı...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO