Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərinə oxşayan və onların funksiyasını yerinə yetirən süni cihazlar quraşdırıblar.xa0 Təbiixa0 böyrəkləri əvəz edənxa0 bu elementlər sidik ifraz edə bilir. Bu və digər keyfiyyətlərinə görə dəxa0 bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki,xa0 böyrəyin mühüm elementi olan yumaqcıqlar insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib.
Hazırladı: Elmin Nuri