Həyatımız boyu "Bunu heç düşünməmişdim" dedirdəcək maraqlı suallar və cavabları ilə qarşılaşırıq.xa0
Moderator.az-ın təqdim etdiyi bu yazıda bir neçə elə sual-cavabla tanış olacaqsınız:
İldırımdan elektrik cərəyanı istehsal edilə bilərmi?
Bu, praktik olmamasına baxmayaraq mümkündür, amma enerji yığmaq problem yarada bilər.
Toyuqlar niyə uça bilmir?
Əlində çöl toyuqları uça bilir. Digərləri isə min illərdir ətlik üçün bəsləndiyindən bir ağacın təpəsindən çıxıb uçmaq üçün çox ağırdırlar. Qanadları ağırlığı qaldıra bilmir.xa0
Kainatdakı ən soyuq yer haradır?
Kainatdakı ən soyuq yer üzündən 5000 ışıq ili uzaqlıqdakı Boomerang Nebulada bir toz və qaz bulududur. Oradakı temperatur -272 olaraq təxmin edilir.
Suya allergiyamız ola bilərmi?
Xeyir. Allergiya inmmunitet sistemindəki antikorların bu maddəyə hücum etməsi nəticəsi yaranır. Amma suya bağlı olan heç bir antikor yoxdur.
Güllə keçirməyən şüşə necə hazırlanır?
Buna gülləyə dayanıqlı şüşə demək daha doğru olur, çünkü bu şüşələr bir şeyin içinə girməsinə qarşı dayanıqlıdır. Ancaq eyni yerə bir neçə güllə atılması bu şüşələrin da qırılmasına yol açar. Bu şüşələr ümumiyyətlə, şüşə təbəqələr arasına deformasiya ola bilən polikarbonat plastik təbəqəsi qoyularaq hazırlanır. Mərminin təsirilə xaricdəki şüşə təbəqə qırılır. Bu da enerjini daha geniş bir sahəyə yayar, beləliklə plastik təbəqə bir az daralar, amma qırılmaz.
Toxumlar hansı istiqamətdə böyüyəcəklərini necə anlaya bilir?
Bütün bitkilər yer cazibəsinin istiqamətini hiss edir və ona görə özlərini tənzimləyərlər. Bu, yerin cazibə qüvvəsinə görə hərəkət etmə adlanır.
Sumo güləşçiləri niyə bu qədər kökdür?
Nyutonun ikinci qanununa görə nə qədər ağır olsanız rəqibinizin sizi yerinizdən tərpətməsi üçün o qədər güc istifadə etməsi lazımdır. Ən kök Sumo güləşçisi 267 kiloqramdır.
Niyə yaşlı adamların saçlarını itirdiyində burunlarındakı tüklər çoxalmağa davam edir?
Kişilərin dazlaşmayın səbəbi DHT, ya da dihydro testesteron hormondur. Bu hormonun insan bədəninə çox təsiri var və bunlardan birinin də burun deşiklərindəki tüklərin itirilməsinin qarşısını almaq olduğu güman edilir.
Kainat nədən yaradılıb?
Bu 21-cı əsrdə elmin qarşı-qarşıya olduğu ən böyük sirrlərdən biridir. Büyük partlayşdan qalan istilik ilə bağlı xa0aparılan son araşdırmalar atomlardan ibarət olan maddələrin Kainatdakı bütün madddənin yalnız yüzdə birini və ya ikisini yaratdığını göstərib.
Çörəyin bişərkən yumşalıb, boyatlarkən bərkiməsinin səbəbi nədir?xa0
Bununla bağlı yazılmış çoxlu kitab var. Çörəklə bağlı ən əsas cavab un nişasta kristallarının bişmə mərhələsində suyu çəkib yumuşalamasıdır. Yumşalan nişasta retrogradasyonu bir neçə gündən sonra yenidən kristallaşır və bu da çörəyin sərtləşməsini təmin edir. Biskvitlərdə isə belə deyil, çünki biskivitdə şəkər də var və şəkər bunu tərsinə çevirir, havadan rütubət alaraq biskvitinin yumşalmasını təmin edir. Keks isə reseptinə görə həm sərtləşər, həm də yumşalar. Əgər tərkibinə şəkər varsa yumşalması mümkündür.xa0
Zəhra
xa0