Yevgeni Yevtuşenko ölüb. Allah rəhmət etsin. Böyük şair idi.xa0
Çox maraqlıdır ki, Yevtuşenko bizdə Xuraman Abbasovanın baş yaylığına şeir yazan şair kimi yadda qalıb. Amma vaxtilə Xuraman Abbasova bu şeirin tarixçəsi barədə mənə tam fərqli söhbət etmişdi. Onda mən "Xalq qəzeti"ndə işləyirdim - 1999-ci il idi.xa0
Xuraman Abbasova həmin məşhur "yaylıqla" bağlı bunları demişdi:
"Mənim heç vaxt yaylığım olmayıb, həmişə papaq geyinmişəm. 1988-ci il hadisələri başlayanda Moskvadan bir qrup adam Ağdama gəlmişdi, içində rus jurnalistlər də var idi. Söhbət zamanı bizim katib dedi ki, Azərbaycanda gözəl bir adət var, anaların baş yaylığı çox dəyərlidi, hər kəs o yaylığın önündə diz çökür. Məsələn, Xuraman Abbasova iki dalaşan adamın arasına yaylıq atsa dava bitər. Dalaşanlar həmin yaylığın hörməti xatirinə dava etməzlər... Bir müddət sonra baxdıq ki, Ağdama gələn həmin jurnalist "Oqonyok" jurnalında yazıb ki, Azərbaycanda kolxoz sədri Xuraman Abbasova bir-biri ilə dava edən ermənilərlə azərbaycanlıların arasına yaylığını atıb, dava dayanıb. Mən birinci katibin yanına gedib dedim ki, düz yazmayıblar, təkzib verək, amma o dedi ki, lazım deyil, qoy elə belə də bilsinlər..."
Züleyxa NADİR