Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında android telefona baxmağı vərdiş halına gətirənlərdə görmə qüsurlarının və korluq riskinin olduqca çox olması müəyyən edilib.xa0
Android telefon istifadəçiləri demək olar ki, hər dəqiqə telefonuna baxmaq ehtiyacı hiss edirlər. Gecə saatlarında android telefonlara baxmaq isə olduqca zərərlidir. Araşdırmalara görə, gecə saatlarında android telefon istifadəsi müvəqqəti korluğa səbəb ola bilər.
“New England Journal of Medicine”x9d tərəfindən aparılan araşdırmada məlum olub ki, qaranlıqda yatdığınız yerdən telefon istifadə etmək insan orqanizminə mənfi təsir göstərir. Hətta, görmə qüsurları və müvəqqəti korluğa səbəb ola bilir. Bunun səbəbi isə yataqda böyrü üstə uzanıb telefondan istifadə edildiyi zaman bir gözün bağlanmasıdır. Araşdırma zamanı bir gözündəki görmə problemindən şikayət edən xəstələr olub. Xəstələrin şikayətləri nəticəsində aparılan araşdırmada maraqlı nəticələr ortaya çıxıb.