Tanınmışlardan kimlər ayaq yuyub öpər?

Bu günlərdə Roma Papasının ənənəvi ayaqyuma ayinini gerçəkləşdirməsi dünyada maraqla qarşılandı. Belə ki, Papa Fransisk Pasxa bayramı öncəsi - müqəddəs cümə axşamı ayini üçün Roma yaxınlığındakı Kastelnuovo di Porto qəsəbəsinə, 900-a yaxın miqrant məskunlaşan düşərgəyə gəlib. Burada o, müsəlman, hindu və xristianın da daxil olduğu 12 miqrant və bir italyanın ayağını yuyub, dəsmalla sildikdən sonra bir-bir öpüb. Papanın bu davranışı dünyanın bir çox yerlərində insanlar tərəfindən xoş qarşılanıb, insanlara olan mərhəmət kimi qiymətləndirilib.xa0

Bəs görəsən bizdə tanınımışlardan kimsə ayaq yuyub öpərmi?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”x9da danışıb. Millət vəkili qeyd edib ki, müsəlman aləmində belə bir tələb, qayda olmadığı üçün bu cür addımı gözləmək də doğru olmaz:
“Amma mərhəmətin başqa növləri var. İslam dinində bu bir qədər fərqlidir, imkanı olmayan, əlil, şəhid ailələrinə yardım etmək kimi variantlar və sairə.xa0

Papanın bu hərəkətindən insanların Allah qarşısında eyni vəziyyətdə hüquq bərabərliyinə sahib olduğu anlamını çıxarmaq mümkündür. Məncə birinci növbədə başın içini daha təmiz saxlamaq lazımdır. Bizim müsəlman aləmində daha çox ayağa diqqət edilir. Ayaq və əl ibadətdən öncə yuyulur. Bildiyiniz kimi, bu, dəstəmaz almada vacib şərtlərdən biridir. Amma ondan önəmli beyinin içini daha xeyirli düşüncə ilə dolmasından çox şey asılıdır. Belə olarsa, yəni müharibə, savaş olmazsa, müəyyən dərəcədə biri birinin haqqına girmək, Pakistandakı kimi körpə uşaqları partlatmaq kimi bir vəhşilik düşüncəsi, vəhşi əməllər olmazsa müəyyən dərəcədə bu, xeyirxahlıq mesajı ola bilər. Xristanlıqda, katolik kilsəsində ayaqyuma qaydaları var, bundan vaxtaşırı istifadə olunur. Papanın atdığı bu addım hər halda müsbət bir mesaj idi. İnsanların bərabərliyi baxımından kimsənin kimsədən üstün olmadığı, bəzən böyük olmaq üçün kiçiklik etməyi bacarmağın vacib olduğunu insanlara çatdıran bir mesaj kimi qiymətləndirilir”x9d.xa0

KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə bu cür münasibət bildirdi:
“Bu cür davranışlar o yerdə xoş qarşılanır ki, orda dini təsəvvürlər zəifdir. Yəni, gözlənilməz, sanki bir şok yaşandı və sairə. Bu ayin katolik və provaslarda var. Bundan da çox zaman lazım olanda vaxtaşırı siyasi kompaniya kimi istifadə olunur. Lakin hər zaman deyil, nə zaman istəyirlərsə o zaman. Papanın bu davranışı da bir yerinə düşdü, istifadə etdi. Orda qaradərilidən tutmuş, müsəlmanlara qədər şəxslər var idi. Belə təqdim etdilər. Yəni burda din adında bir şey yoxdur, Roma Papası da Amerika açmayıb. xa0
Bizim dinimizdə ayaqyuma məsələsi yoxdur. Amma əl öpmə, bağrına basma var və sairə var. Hətta fars üç dəfə, türk iki dəfə öpüşür. Ayaqyuma hansısa inancda varsa da biz bunu qəbahət hesab etmirik”x9d.

ADP sədri Sərdar Cəlaloğlu da vurğulayıb ki, dinimizdə belə bir adət olmadığı üçün ayaq yuyub öpmək günah hesab edilə bilər:

“Bu Roma Papasının kəşfi deyil, İsa peyğəmbərin vaxtından qalan dini ayindir. İsa peyğəmbər o zaman xəstələrin ayaqlarını yuyub öpüb, bununla da peyğəmbərlərin xalqa bir xidmətçi kimi göndərilməsini nümayiş etdirib. Roma Papaları İsa peyğəmbərin bu hərəkətini təkrar edirlər. Beləliklə 2 min ildir ki, Roma Papaları Pasxa bayramında xəstələrin, əsirlərin, çətinlikdə olan insanların ayaqlarını yuyub öpür, bununla da İsa peyğəmbərin yolunu davam etdiklərini sübut edirlər. Qurani-Kərimə əsasən hər bir qövmün öz əmrləri var. Biz xristianların, yəhudilərin əmrlərini yerinə yetirmirik. Ona görə də bizim peyğəmbərimizin belə bir hərəkəti, adəti olmadığına görə bu ayini yerinə yetirmək bizə günah olar”x9d.

Qeyd edək ki, Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

"Məni Merilin Monroya bənzədirlər"

"Məni Merilin Monroya bənzədirlər"

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO

Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO

Ağ Evin hamilə qalan mətbuat katibi Trampa təşəkkür etdi

Ağ Evin hamilə qalan mətbuat katibi Trampa təşəkkür etdi

Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir

Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir

Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

ŞOK: Polşada bomba sığınacaqları tikilir - Rusiya hücuma keçəcək?

ŞOK: Polşada bomba sığınacaqları tikilir - Rusiya hücuma keçəcək?

Bu ölkədə fırtına - 160 mindən çox ev elektriksiz qaldı

Bu ölkədə fırtına - 160 mindən çox ev elektriksiz qaldı

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Zelenski: “Ukrayna qoşunlarını geri çəkməyə hazırdır, amma...”

Zelenski: “Ukrayna qoşunlarını geri çəkməyə hazırdır, amma...”

ABŞ Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verəcək?

ABŞ Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verəcək?

Naxçıvana 35 santimetr qar yağıb

Naxçıvana 35 santimetr qar yağıb

Tom Kruzun 19 yaşlı qızı - FOTO

Tom Kruzun 19 yaşlı qızı - FOTO

Qonşu ölkədə azərbaycanlılar yaşayan kənddə zəlzələ oldu

Qonşu ölkədə azərbaycanlılar yaşayan kənddə zəlzələ oldu

Şuşada mövsümün İLK QARI - FOTO

Şuşada mövsümün İLK QARI - FOTO

Maneələrə çırpılan avtomobilin mühərriki yandı - ANBAAN VİDEO

Maneələrə çırpılan avtomobilin mühərriki yandı - ANBAAN VİDEO

Lukaşenko hokkey matçı zamanı buz arenasında yıxıldı - VİDEO

Lukaşenko hokkey matçı zamanı buz arenasında yıxıldı - VİDEO

Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiyə getdi - VİDEO

Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiyə getdi - VİDEO

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi - FOTO

End of content

No more pages to load

RADİO