Alma ağacında heyva, armud ağacında nar bitməz...

Məryəm böyüdükçə onun maraq dairəsi genişlənir, babasına çoxlu suallar verirdi. Bir gün o, babasından soruşdu:
- Baba, mən kəndə gedəndə alma ağacı, gilas ağacı gördüm, amma qarpız ağacı görmədim. Qarpız ağacı böyük olur?
- Babası gülümsünüb Məryəmin saçına sığal çəkdi:
- Mənim ağıllı nəvəm, qarpız ağacı olmur. Qarpız yerdə, torpağın üzərində yetişir.
- Doğrudan? Mən də fikirləşirəm ki, ağacın budaqları o boyda qarpızı necə saxlayir?..
- Hə, Məryəm balam, yerdə yetişən tək qarpız deyil. De görüm, dovşanlar ən çox nəyi xoşlayırlar?
- Kökü, kələmi...
- Ay sağ ol, bax, kök də, kələm də ağacda yox, yerdə yetişir. Nənən bu gün sənin üçün nə bişirmişdi?
- Kartof qızartmışdı...
- Sən heç kartof ağacı görmüsən?
- Yox, baba, görməmişəm. Kartof da yerdə yetişir?
- Hə, qızım, bütün tərəvəz məhsulları yerdə yetişir. Kartof, kök, çuğundur, pomidor, xiyar, qarpız, yemiş, boranı...
- Hə, bildim, çiyələk, böyürtkən...
- Yox, Məryəm, babaya diqqətlə qulaq as. Çiyələk, böyürtkən nə ağacda yetişir, nə də yerdə. Bu giləmeyvələr kolluqda bitir.
- Bəs nar, alça?
- Nar da, alça da alma, armud, heyva kimi ağacda yetişir.
- Baba, elə ağac var ki, onun meyvəsi olmasın?
- Əlbəttə! Məsələn, çox sevdiyin, hər dəfə yeni il gələndə oyuncaqlarla bəzədiyin, Şaxta babanın, Qar qızın əlindən tutub başına fırlandığın küknar ağacının meyvəsi olmur. Həmişəyaşıl söyüd ağacı da bar gətirmir...
- Baba, mən çiçəkləri də çox sevirəm!..
- Bilirəm, çiçək balam, bu barədə sonra danışarıq. Hələlik isə rəngli qələmlərini götür, qollu - budaqlı bir ağac şəkli çək.
...Bir azdan Məryəm çəkdiyi ağacın şəklini süvincək babasına göstərdi. Eyni ağacın budaqlarından alma, armud, heyva, nar sallanırdı. Babası Məryəmi qucaqladı:
- Sən bu ağacı çox yaxşı çəkmisən. Yarpağın, meyvələrin rəngini də düz tapmısan. Amma yadında saxla, Məryəm, alma ağacında heyva, armud ağacında nar bitməz. Hər ağacın öz meyvəsi olar...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Qurban Qurbanov: “Bu gün əsl böyük futbol nümayiş olundu” - VİDEO

Qurban Qurbanov: “Bu gün əsl böyük futbol nümayiş olundu” - VİDEO

Pəhriz proqramları ilə bağlı ÇAĞIRIŞ

Pəhriz proqramları ilə bağlı ÇAĞIRIŞ

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

İrandakı nümayişlərdə ölənlərin sayı 3 min nəfəri keçdi

İrandakı nümayişlərdə ölənlərin sayı 3 min nəfəri keçdi

"Qarabağ" hesabı bərabərləşdirdi - VİDEO

"Qarabağ" hesabı bərabərləşdirdi - VİDEO

“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI

“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI

Latviya Olimpiya Oyunlarında rusiyalı idmançıların çıxışlarını nümayiş etdirməyəcək

Latviya Olimpiya Oyunlarında rusiyalı idmançıların çıxışlarını nümayiş etdirməyəcək

Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

Bakıda motosikletlə minik avtomobili toqquşdu, 1 nəfər ağır yaralandı - FOTO

Bakıda motosikletlə minik avtomobili toqquşdu, 1 nəfər ağır yaralandı - FOTO

Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

İlham Əliyev Davosda Marta Kosla görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda Marta Kosla görüşüb - FOTO/VİDEO

Vüsalənin yerinə o, gəldi - FOTO

Vüsalənin yerinə o, gəldi - FOTO

İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTO/VİDEO

İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTO/VİDEO

“Ayntraxt” hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

“Ayntraxt” hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Qayınanası vəfat edən Əməkdar artist toyda GÖRÜNTÜLƏNDİ: “İkisini də yola verməliyəm” - VİDEO

Qayınanası vəfat edən Əməkdar artist toyda GÖRÜNTÜLƏNDİ: “İkisini də yola verməliyəm” - VİDEO

“Qarabağ” ilk dəqiqələrdə hesabı açdı - VİDEO

“Qarabağ” ilk dəqiqələrdə hesabı açdı - VİDEO

“Qarabağ” - “Ayntraxt” matçı BAŞLADI - VİDEO

“Qarabağ” - “Ayntraxt” matçı BAŞLADI - VİDEO

“Rusiya-Ukrayna münaqişəsi qısa müddətdə həll olunacaq” - Tramp

“Rusiya-Ukrayna münaqişəsi qısa müddətdə həll olunacaq” - Tramp

"Qalatasaray" - "Atletiko" matçının start heyətləri

"Qalatasaray" - "Atletiko" matçının start heyətləri

Müğənni Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama: "Pulu borc vermişəm"

Müğənni Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama: "Pulu borc vermişəm"

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub

End of content

No more pages to load

RADİO