Kiminsə varisi olmaq və varisə ehtiyacı olmaq möhtac sifətlərdəndir...

(MƏNZUM HEKAYƏ)

Axı sən bayaqdan hər bir şeyin yaradanı və özünə görə xüsusiyyətləri olduğunu təsdiq edirdin...

Soyuq bir qış günü... Bir fincan isti çay... Həzin bir musiqi... Pəncərə önündə oturub həyətdə səsi bütün məhəlləni bürüyən məsum körpələr və bir anlıq bütün dərd-qəmini bir kənara qoyub, etdikləri pislikləri unudub məsum körpələrlə səs səsə verən böyüklər...

Maraqlı və düşündürücü mənzərədir. Bütün bunları seyr edərkən ağıla gələn bir sual...

- Bütün varlıq aləminin - insan, heyvan, bitki və gordüyümüz hər şeyin yaranma səbəbi nədir? Görəsən bunları biri yaradıb, ya doğurdan elə öz başına yaranıb? Elə bu suallar dəryasında qərq olub batarkən əlimdəki isti çayla dolu fincanın hərarəti diqqətimi özünə yönəltdi.

Fincan... Bəli, bunu düzəldən və icad edən birinin olması mütləqdir. Əgər fincanı istehsal edən biri olmasaydı, soyuq qış günündə ondan istifadə edib içimi isidə bilməzdim. Elə bu dəm fincanın xüsusiyyətləri fikrimi məşğul etdi.

Fincan... Xüsusiyyəti budur ki, şüşədəndir, yerə dəysə tez sınar, yəni zərbəyə davamiyyəti yoxdur. Bu an asta səslə gedən həzin musiqi fikrimi oğurladı.

Musiqi çaları... Bəli, ağlım təsdiq edir ki, bunu icad edən bir əl var və onun da özünə görə xüsusiyyətləri var. Soyuq bir qış günü divardan asılmış isti yay mənzərəli rəsm tablosu diqqətimi cəlb etmiyə bilməzdi.

Bir qədər tabloya baxdım... Düşündüm... Bəli, bir əl bu tablonu çəkməsə, o hal-hazırda bu soyuq qış günündə mənə yayın isti xatirələrini xatırlatmazdı. Tablonun da özünə görə xüsusiyyətləri var, taxta çərçivədən və kağızdan ibarətdi, əgər əl altına olsaydı tez məhv olub gedərdi...

Bəs insan...? Bayağdan ağlım hər bir şeyin bir icad edənə ehtiyacı olduğunu təsdiq edir, bəs insan necə..? Ağlımın ziddinə düşünüm..? Axı ağlın vasitəsi ilə heyvanlar və digər varlıqlardan üstün sayılıram. Əgər ağlımın təsdiq etdiyinin əksini düşünsəm və ağıla önəm verməsəm, bəs onda heyvandan məni fərqləndirəcək xüsusiyyət nə olacaq?

Bəs Yaradan? Tutaq ki, Yaradan var. Bəs Onu Yaradan necə? Birdir, ya çox? Offf... Suallar içində batdıqca batıram. Artıq fincanın hərarətini hiss etmirəm. Sanki həzin musiqinin və körpələrin səsləridə kəsilib gəlmir qulağıma... (Ağıl çarəsizliyimi görüb dilləndi)

- Axı sən bayaqdan hər bir şeyin yaradanı və özünə görə xüsusiyyətləri olduğunu təsdiq edirdin...

Yaradanın da özünəməxsus xususiyyətləri var. Birincisi qüdrətli olmalıdır ki, yaratsın, ikincisi möhtac olmamalıdır. Çünki kiməsə və nəyəsə möhtac olandan varlığı yaradan olmaz. Dünyada onu tanıyan, qəbul edən və etmiyənə əta etməsi buna əyani sübutdur. Həmçinin doğmamalı və özü də kiminsə övladı olmamalıdır. Çünki, kiminsə varisi olmaq və varisə ehtiyacı olmaq möhtac sifətlərdəndir. Ən əsası dərk olunmamalı və görünməməlidir. Məxluqun dərk edə biləcəyi bir varlıqdan Xaliq olmaz. Axı divardakı bu rəsm tablosu onu çəkən əlləri necə dərk edə bilər? Bəli, budur.

Ağlımın mənə diktə etdikləri doğrudur. Yox, yox... Görmədiyim birinin varlığına necə inanım? Ağıl.

- Küləyi görürsənmi?

Mən: - Xeyr.

Ağıl: - Bəs onda niyə onun varlığını qəbul edirsən? Demək ki, görmədiyin halda bir şeyə inanmaq və varlığını qəbul etmək mümkün bir haldır.

Mən: - Sadəcə əsəndə var olduğunu bilirəm.

Ağıl: - Gözünlə görə bildiyin hər bir şey Yaradanın varlığına və “əsməsi”x9d nəticəsində varlıqların yaranmasına, yaşamasına sübut deyilmi? Həmçinin təbiətdə bu qədər ziddiyətlər olduğu halda (misal üçün müsbət və mənfi enerjinin bir arada olması) nizam intizamın pozulmaması Onun vahid bir nöqtədən idarə olunmasına dəlalət etmirmi?

Əgər iki və daha çox yaradan olsaydı, sən təbiətdə çoxlu uyğunsuzluqlar görərdin. Hər yaradan öz istəyinə uyğun yaradıb idarə edərdi və sənin gördüyün nizam intizam olmazdı.

Mən: - Əla, Əntiqə. Yaxşı ki, ağlım var və düşünməyi bacarıram, əks halda daşdan və ya heyvandan nə ilə fərqlənərdim?

Zaur TAHİRSOY

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

End of content

No more pages to load

RADİO