Bir neçə aydan sonra ana olacaq müğənni Sevda Yahyayeva yeni görüntüləri ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi idman müəlliminin nəzarəti altında pilatesdə rahatladıcı bədən hərəkətləri etdiyi kadrları sosial şəbəkə hesabında paylaşıb.
Sevdanın yayımladığı görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, S.Yahyayeva dekabr ayında dünyaya gələcəyi qızına Ayla adını verəcəyini açıqlayıb. Müğənni ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.
Rəşad Əliyev, Bizim.Media