"Dado" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev keçmiş həyat yoldaşı Natavan Həbibinin "Boşanmağımız alınmır, məhkəməyə gəlmir" açıqlamasından sonra oğlu Zeydlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Dado övladının avtomobilin üzərində olan fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Repçi yayımladığı şəkilə "Hər zamanım və saniyəm. Allaha çox şükür... Allah bütün balaları saxlasın" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media