Əməkdar artist Ədalət Şükürov həmkarları Xatirə İslam və Nadir Qafarzadə ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, Rusiyaya toya gedən sənətçilər yorğun halda hava limanında görüntüləniblər.
Ədalət həmkarları Xatirə ilə Nadirin videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Şükürovun paylaşdığı kadrlarda söylədiyi "Yorulublar" kəlməsinə Qafarzadə "Özü də it kimi yorulmuşuq. Nə gündəyik? Neçə gündür yatmırıq" deyərək cavab verib.
İslam isə yorğun olan hallarına "Elə bil ki, Amerikadan gəlirik" sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media