Türkiyənin məşhur aktrisası Billur Kalkavan vəfat edib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, xərçənglə mübarizə aparan 59 yaşlı sənətçi xəstəxanada dünyasını dəyişib.
Acı xəbəri rejissor və ssenarist Hemdi Alkan sosial şəbəkə hesabında yayıb.
“Təəssüf ki, uduzduq. Daha dözə bilmədi. Çox təəssüf edirəm. Çox sevdiyimiz dost idi”, - deyə Alkan paylaşımında yazıb.
Qeyd edək ki, B.Kalkavan “İhlamurlar altında”, “Servet avcısı”, “Bir avuç huzur” və bir sıra digər məşhur seriallarda rol alıb.
Rəşad Əliyev, Bizim.Media