Kaliforniyanın Los-Anceles şəhərində ulduz qonaqların qatıldığı dünyaca məşhur amerika markası “Ralph Lauren”in yaz-yay kolleksiyasının nümayişi keçirilib.
Bizim.Media xəbər verir ki, ulduzların axın etdiyin dəb nümayişində Cennifer Lopez və Lili Kollinz “Ralph Lauren”in ərsəyə gətirdiyi libasları geyinərək dizayneri dəstəkləməyə gəliblər.
Onlar nümayişə əlbəttə ki, ərləri Ben Afflek və Çarli Makdouell ilə qatılıblar.
Həmçinin gecədə boşandığı deyilən Hollivud ulduzu Silvester Stallone ilə həyat yoldaşı Cennifer Flavində iştirak ediblər. Cütlük tədbirə qızları Sistin və Sofia ilə qatılıblar.
Rəşad Əliyev, Bizim.Media