Ötən həftə burnunda "rinoplastika" əməliyyatı keçirən müğənni Aysel Əlizadə yeni burnunu nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, burnundakı gipsi açdıran sənətçi sükan arxasında yeni görünüşünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Görüntülərdə Ayselin burnunun daha da incəldiyi, eyni zamanda kiçildiyi gözdən qaçmayıb.
Qeyd edək ki, A.Əlizadə daha əvvəl ki, açıqlamasında nəfəs almaqda problem yaşadığını və bu səbəbdən burun əməliyyatı etdirdiyini bildirib.
Rəşad Əliyev, Bizim.Media