“BahhTee” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı bəstəkar-müğənni Bəxtiyar Əliyev açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyiciləri ilə həmsöhbət olan sənətçi bir sıra həmkarlarından fərqli olaraq Rusiyada səfərbərlik elan olunsa da yaşadığı ölkəni tərk etmədiyini bildirib.
Belə ki, izləyicisiniz “Türkiyədə vəziyyət necədir?” sualına “BahhTee” belə cavab verib.
“Mən Moskvadayam. Ailəmin və komandamın yanındayam. Mənimlə gedib mənə arxalanan insanların yanında. Güvənə biləcəyim insanlara yaxın. Evdəyəm. Mən heç yerə getmirəm”, -deyə B.Əliyev bildirib.
Rəşad Əliyev, Bizim.Media