Əməkdar artist Sevda Ələkbərzadə işğaldan azad olunan Laçın şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçinin səfərinin məqsədi klip çəkilişidir.
S.Ələkbərzadə illər sonra repertuarında yer alan “Laçın” mahnısı üçün kamera qarşısına keçib.
Müğənni klip çəkilişi zamanı kadrarxası görüntülərini sosial şəbəkə hesabında paylaşıb. O, yayımladığı kadrlara “Laçın” səni Laçında oxuyuram. Bu, inanılmazdır, amma belədir. İndi bilirəm niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş” - deyə şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media