Aşıq Namiq Fərhadoğlu ötən gecə qəza keçirib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında düşdüyü zəncirvari qəzanın anbaan görüntülərini paylaşıb.
Namiqin sözlərinə görə, hadisənin günahkarı arxadan gələn digər nəqliyyat vasitəsi olub.
“İşıqforda qızmızı işıqda dayanmışam. “99-PS-832” dövlət nişanlı avtomobil gəlib məni arxadan vurub, hələ üstəlik məni günahkar çıxarır. Məni arxadan vuran avtomobil isə onun arxasından gələn “77-HB-375” dövlət nişanlə maşınla vurulub. Mərdimazarı axtarmaqla deyil, bizdən öndə yolda daha bir başqa hadisə olub. Nə bilim? Bunlara nə deyəsən? Hər dəfə deyirsən ki, nəqliyyat vasitəsini insan kimi idarə edin. İçirlər, çəkirlər, hallanırlar belə maşını sürürlər, başım çıxmır. Gəlib avtomobilimi gör necə vurub”, - deyə N.Fərhadoğlu yayımladığı videoda deyib.
Rəşad Əliyev, Bizim.Media