Xəbər verdiyimiz kimi, bu gün müğənni Kərim Abbasovun oğlu Yusifin kiçik toyudur.
Bizim.Media-nın əməkdaşı sənətçinin övladı üçün restoranların birində keçirdiyi təmtəraqlı məclisində iştirak edir.
Müğənninin xoş günündə Əməkdar artist Ədalət Şükürov, müğənnilər Səidə Sultan, Nərmin Kərimbəyova, stilist Anar Ağakişiyev və digər sənət yoldaşları yer alıb.
K.Abbasov ilə həyat yoldaşı Təranə xanım redaksiyamızın əməkdaşı ilə söhbətində çox həyacanlı olduqlarını bildiriblər:
"Övladımızın bu gün xoş günüdür. İkimiz də çox həyacanlıyıq. Bu günə özəl hazırlaşmışıq. O gün olsun Yusifimizin böyük toyuna hazırlaşaq".
Rəşad Əliyev, Bizim.Media