Müğənni İzzət Bağırov villasından söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində Badamdardakı villasından Yasamaldakı evinə köçdüyünü bildirib.
"Badamdarda villada yaşayanda məktəb bizdən çox uzaqda idi. Ona görə yenidən Yasamala köçmək məcburiyyətində qaldım.
Yasamalda yaşamaq isə ailəmiz üçün çox rahatdır. Çünki hər şey evimizin yaxınlığındadır. Uşaqlarımın üçü də "İncəsənət gimnaziyasında" təhsil alır. Düzdür Yasamalda insanların sayı həddindən artıq çoxdur, tıxaclar da var, amma hər şey əlinin altındadır. Ailəli və uşaqlı ev üçün Yasamalda yaşamaq çox rahatdır".
Rəşad Əliyev, Bizim.Media