Ötən gün Xalq artisti Aygün Kazımovanın 50 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, hər il 26 yanvar tarixində özünə təntənəli doğum günü keçirən müğənni, bu il pandemiya səbəbilə özəl məclis qura bilməyib.
Buna baxmayaraq, dostları Kazımovanı doğum günündə tək qoymayıblar. Müğənni ad gününü evində yaxınları ilə birlikdə qeyd edib. Gecədən olan fotoları isə qonaqlar sosial şəbəkədə paylaşıblar.
A.Kazımova isə öz sosial media hesabında bu sözləri paylaşaraq izləyicilərinə və dostlarına təşəkkür edib:
«SİZİN SEVGİNİZDİR MƏNİ YAŞADAN.TƏBRİKLƏRİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR»
Bizim.Media