Azərbaycan “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, ölkəmiz gələn il Böyük Britaniyanın Liverpul şəhərində baş tutacaq yarışmada yer alacaq.
Bu haqda isə məlumatı sözügedən müsabiqənin media tərəfdarı - “12 xal” platforması yayıb.
Qeyd edək ki, 2022-ci ildə İtaliyada keçirilən “Avroviziya”da Azərbaycanı Nadir Rüstəmli “Fade to black” (Qaranlıqda itmək) mahnısı ilə təmsil edib.
Rəşad Əliyev, Bizim.Media