Rusiyanın məşhur pop ulduzu Leonid Aqutin “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə iş birliyinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Tezliklə yeni duet olacaq! “Dünya yaşıl rəngdədir” mahnısı yeni aranjimanda “cover” versiyada məşhur ulduz “Jony” ilə birlikdə ifa etmişik. Əslində trek artıq hazırdır”, - deyə L.Aqutin bildirib.
Qeyd edək ki, “Jony” Xalq artisti Emin Ağalarov, “MOT”, Valeriya, Anita Çoy və bir sıra digər məşhur sənətçilərlə duet ifa edib.
Rəşad Əliyev, Bizim.Media