“Klaviatura qəhrəmanları, onun-bunun həyatını müzakirə edənlər arada öz həyatınıza da dönün baxın. Bildiniz-bilmədiniz danışmayın!”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi onun və həyat yoldaşının ilk nikahı olmadığını iddia edənlərə sərt reaksiya bildirib.
“Nə həyat yoldaşım, nə də mən tanışlığımızdan əvvəl evli olmuşuq. Bu, bizim ilk qanuni evliliyimizdir. Çox sağlam həyatımızı yaşayırıq. Özünüzə hörmətiniz varsa, kiminsə haqqında yalandan söz-söhbət çıxartmayın”.
Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, "Nikahımız" qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.
Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, Şuşalı olduğunu bildirib. Mina, həmçinin hamiləlik iddialarını da yalanlayıb.
Rəşad Əliyev, Bizim.Media