Müğənni Zeynəb Həsəni sevgilisini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında özbək model sevgilisi Asqar Mustafo ilə nahar yeməyi zamanı çəkilən fotolarını paylaşıb.
Zeynəb sevgilisi ilə yayımladığı şəkilə ürək işarəsini yazıb.
Müğənninin fotolarına izləyicilər xoş sözlər yazaraq, onların bir-birinə yaraşdıqlarını qeyd ediblər.
Qeyd edək ki, Z.Həsəni müsahibələrində evlənə bilməməsini ailəsinə baxması ilə (ailədə yalnız Zeynəb işləyir -red.) əlaqələndirib.
Rəşad Əliyev, Bizim.Media