Bakıda uğurlu qadınlar arasında keçirilən “Beynəlxalq Gözəllik və Model” (International Beauty and Model) beynəlxalq gözəllik müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, qalib tacı uğrunda gözəllər arasında mübarizə üç kateqoriyada - “Miss” (evli olmayan qızlar), “Xanım” (37 yaşa qədər və ya uşağı olan) və “Klassik xanım” (37 yaşdan yuxarı) üzrə aparılıb.
Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, İsrail, Rumıniya, Polşa, Rusiya və Belarusdan olan iştirakçılar Bakı kürsüsünə qalxıblar.
Müsabiqənin Qran-pri titulunun qalibi, azərbaycanlı iş xanımı Rəna Əliyeva olub.
Üç kateqoriya üzrə qalan titullar Rusiya, Qırğızıstan, Rumıniya, Özbəkistan, Almaniya və Belarus qızlarına verilib.
Rəşad Əliyev, Bizim.Media