Əməkdar artist Nigar Şabanova Şri-Lanka səfərindən yadda qalan anları paylaşıb.
Bizim.Media xəbər verir ki, sənətçi istirahət zamanı fil balasının üzərinə çıxıb.
Nigar həmin anları sosial şəbəkə hesabında paylaşıb. Şabanova fil ilə yayımladığı görüntülərə "Fillər mənim dostumdur" şərhini yazıb.
Qeyd edək ki, Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatından sonra tətil üçün Şri-Lankaya gedib. İstirahətinin davamını isə müğənni İstanbulda keçirib.
Rəşad Əliyev, Bizim.Media