Türkiyəli müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçerlerdən boşanıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bu barədə sənətçinin vəkili məhkəmə bitdikdən sonra məlumat verib.
O, tərəflərin biri-birindən heç nə tələb etmədiyini vurğulayıb.
Bir sözlə cütlüyün 5 aylıq evliliyi 5 dəqiqədə bitib. Diqqət çəkən məqam isə nə Hadisənin, nə də ki, M. Dinçerlerin məhkəmədə iştirak etməməsi olub.
Qeyd edək ki, keçmiş ər-arvad aprelin 30-da nikahlarını rəsmləşdirib .
Rəşad Əliyev, Bizim.Media