Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhumla vidalaşmaq üçün Xalq artisti Aygün Kazımova sənətçinin evinə gəlib.
"Şou-biznesdə ən yaxın dostumu itirdim. Gözəl arzuları vardı. Gözəl layihələr planlaşdırmışdıq. Çox sıx əlaqədə idik onunla. O, çox arıqlamışdı. Deyirdi ki, imicimi dəyişmişəm. Yaraşıqlı olmuşam? İstedadlı və dəyərli idi. Ürəyində böyük arzular getdi. Bu şou-biznesdə arxadan zərbə gözləmədiyim yeganə insan idi" - deyə, Aygün Kazımova bildirib.
Rəşad Əliyev, Bizim.Media