Türkiyənin pop ulduzu Hadisənin milyonçu həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşanmasının əsl səbəbi üzə çıxıb.
Bizim.Media xəbər verir ki, cütlüyün ayrılmasına “Murda” ləqəbi ilə məşhurlaşan repçi Önder Doğanın səbəb olduğu bildirilib.
Belə ki, Hadisənin həm konsertdə, həm də “İmdat” klipində Murda ilə qucaqlaşması və səmimi ünsiyyəti Mehmet və ailəsi tərəfindən birmənalı qarşılanmayıb.
Ailə içində ifaçıya “Sən evlisən, necə qucaqlaşa bilərsən?” kimi tənqid dolu fikirlər səsləndirilib. Bunun nəticəsində cütlük ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, keçmiş aşiqlərin boşanması, sabah yəni sentyabrın 30-da Beykoz ailə məhkəməsində baş tutacaq.
Rəşad Əliyev, Bizim.Media