Müğənni Rəsul Əfəndiyev gecə saatlarında quş ovuna çıxıb.
Bizim.Media xəbər verir ki, bunun üçün sənətçi, peşəkar boksçu Ruslan Rüstəmov və çəkiliş heyəti ilə birlikdə Şamaxıya yollanıb.
“Bu gündən ov mövsümü başlayıb. Ördək ovunun vaxtıdır. İlk dəfədir ki, ova çıxmışam”, - deyə Rəsul bildirib.
Səhərə yaxın Əfəndiyev qayığın üzərində olduğu zaman ovladıqları beşə yaxın ördəyin görüntülərini çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media