Dünyanın məşhur televiziya şousu “The masked singer” (Maskalı müğənni) Azərbaycanda yayımlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “12xal” portalı yayıb.
Bildirilib ki, layihə yeni televiziya mövsümündən etibarən “İctimai” kanalın efirində nümayiş olunacaq.
Qeyd edək ki, ötən televiziya mövsümündə Türkiyənin “Fox” TV kanalında yayımlanan şou qalmaqala səbəb olmuşdu.
Belə ki, Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını səbəbi ilə layihəni yayımını yarımçıq dayandırmışdı.
Rəşad Əliyev, Bizim.Media