Türkiyəli məşhur aktyor və model Can Yaman İtaliya mediasına verdiyi müsahibə ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, yaraşığı ilə əks cinsin nümayəndələrinin ağlını başından alan Yaman görünüşü ilə bağlı müzakirə yaradan açıqlama verib.
“Yaraşıqlı olmasam, daha uğurlu olardım. Məndən daha gözəl insanlar var. Amma görünüşlə bərabər əzmlilik, məsuliyyət və qərarlılıq kimi xüsusiyyətlər də olmalıdır. İstedad kimi gözəllik də təkbaşına bəs etmir” ,– deyə Can fikirlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media