Dünya şöhrətli Hollivud aktyoru Leonardo Di Kaprionun məşhur model Cici Hadidlə eşq yaşadığı bəlli olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyor 27 yaşlı modelin iştirak etdiyi dəb gecəsinə qatılmaq üçün Parisə gəlib.
Cici işini bitirdikdən sonra Di Kaprio ilə görüşdüyünü və onunla zaman keçirdiyini bildirib.
Əvvəllər Leonardonu moda həftələrində qatılmadığından Parisə Hadid üçün gəldiyini dəqiq söyləmək olar.
Qeyd edək ki, model Kamilla Morronenin 47 yaşlı L.Di Kaprio ilə ayrılmasının əsl səbəbi isə aktyorun onu evdar qadın etmək istəməsi olub.
Rəşad Əliyev, Bizim.Media